18:54 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Qazaxıstanda İnşaat Məcəlləsinin ciddi şəkildə sərtləşdirilməsi planlaşdırılır. Yeni yaşayış binalarına verilən zəmanət 10 ilə qədər artırılacaq və tikintinin keyfiyyətinə görə memarlar, texniki nəzarət, ekspertiza və tikinti şirkəti birgə cavabdeh olacaq.
ABC.AZ xəbər verir ki, bu dəyişikliklər Astanada baş vermiş son hadisələrlə bağlıdır və sahədəki problemləri üzə çıxarıb.
Üst mərtəbələrdə keramoqranit üzlüklər tamamilə qadağan ediləcək. Liftlərə də 10 illik zəmanət veriləcək və onlar hər il dövlət yoxlamasından keçəcək. Tikinti materiallarının alışı açıq olacaq, yeni standartları isə elmi institut hazırlayacaq. Tikinti zamanı ilk dəfə yenilənmiş seysmik xəritə nəzərə alınacaq. Məhkəmə çəkişmələri olan şirkətlər üçün “qara siyahı” yaradılacaq. Belə ki, həmin şirkətlər 3 il ərzində fəaliyyət göstərə bilməyəcək. Baş podratçılara işlərin böyük hissəsini subpodratçılara vermək qadağan ediləcək: onlar işlərin ən azı 70%-ni özləri icra etməlidir.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026