11:29 - 9.12.2025
9 dekabr, Fineko/abc.az. (özəl xəbər) Vergi sistemi İslam bankçılığı məhsullarının tətbiqində bir sıra problemlər yarada bilər.
Bunu ABC.AZ-a açıqlamasında iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.
Sözügedən problemləri sadalayan iqtisadçı bunları deyib:
"Burada əsas məsələlərdən biri vəsaitlər qoyulan zaman pulların "mudaraba" qaydasında, yəni xeyirə və zərərə ortaq olmaqla yatırılmasıdır. Qayda belədir ki, sabah zərər olsa bu şəxslərə pul verilməməlidir. Normalda bankın xeyiri, gəliri oldu-olmadı mütləq ona faiz hesabladıb verilir. Burda artıq zərər olduğu zaman onun çıxılması və bunun nəzərə alınması problem yaradır. İkinci məsələ ondan ibarətdir ki, burda icarə qaydaları var, yəni deyək ki, icarə İslam maliyyəsində, şəxs bir şey icarəyə verdiyi halda yalnız kirayə müqaviləsi bağlaya bilər. Kirayə ilə satışı yəni eyni vaxtda bağlaya bilməz. Bu kirayəni qurtarandan sonra satış müqaviləsi qiyməti çox ucuz da ola bilər. Deyək ki, hər hansı avtomobil müqaviləsi 500 manata bağlanmışdısa, sonradan bank onu ucuz qiymətə də, yəni lap 10 manata da sata bilər. Artıq bu vergi məcəlləsində uyğunsuzluq təşkil edir, bir növ vergidən yayınma kimi çıxır, yəni az qiymət göstərib, çox pul almaq olur. Vəsaitlərin verilməsi, hər hansı bir sahibkara "mudarabo" qaydasında vəsaitin ödənilməsi, artıq vergi məcəlləsi bunu borc kimi, kredit kimi görməyə başlayır. Bu da bir problemə səbəb olur".
Müəllif: Elmir Muradov
22 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
20 Yanvar 2026