Amazon Hindistana 35 milyard dollar yatıracaq və 1 milyon iş yeri yaradacaq

12:22 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Amazon yaxın beş ildə Hindistana 35 milyard dollar investisiya qoymağı planlaşdırır və fəaliyyətini sürətlə böyüyən sahələrdə (elektron kommersiya və bulud texnologiyalarında) genişləndirəcək.

ABC.AZ-ın məlumatına görə, şirkət süni intellekt, logistika və infrastrukturun inkişafına xüsusi diqqət ayıracaq, həmçinin 2030-cu ilə qədər ölkədə 1 milyon yeni iş yeri yaratmağı hədəfləyir.

Rəqabət və tənzimləyici çətinliklərə baxmayaraq, Hindistan Amazon üçün strateji bazar olaraq qalır. Şirkət, həmçinin, 2030-cu ilə qədər Hindistan məhsullarının platforma üzərindən ixracını 80 milyard dollara çatdırmağı planlaşdırır ki, bu da hazırkı göstəricidən dörd dəfə çoxdur.