Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq

14:47 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat erməni mətbuatında dərc edilib. Qeyd edilib ki, Ermənistan parlamentinin sədri bunu Alen Simonyan bu barədə danışarkən bunları deyib:

“Proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də delimitasiya edəcəyik”, – Simonyan qeyd edib.

O, söhbətin sərhədin hansı hissəsindən getdiyini açıqlamayıb.