15:42 - 10.12.2025
10 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-nin (portmanat.az) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.
ABC.AZ xəbər verir ki, noyabrda, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərin pozulmasına görə “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 000 manat məbləğində cərimə edilib.
Cari ilin sentyabrında isə anunun 63.1-ci maddəsi rəhbər tutularaq, “Mobile Payment Solutions” MMC-yə ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilmişdi.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026