Bu ölkədən Azərbaycana gətirilən konfetlər məhv edildi

17:08 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Yaqubov Nuru Adəm oğlunun İran İslam Respublikasından idxal etdiyi “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb.

ABC.AZ xəbər verirki, laborator müayinə nəticəsində (20.10.2025-20.10.2026 istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.