Bloomberg: Gümüşün bahalaşması qıtlıq və FED-in faiz endirimi gözləntiləri ilə bağlıdır

17:23 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Gümüşün qiyməti tarixi maksimumu yeniləyərək unsiya başına 61 dolları keçib.

ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, qiymət artımı təklif çatışmazlığı və ABŞ Federal Ehtiyat Sisteminin dekabrda faiz dərəcəsini endirəcəyi gözləntiləri fonunda sürətlənib. Bu, adətən gəlir gətirməyən qiymətli metalları dəstəkləyir.

İlin əvvəlindən bəri gümüşün qiyməti, tarixi qıtlıq, metalın borclanma dərəcələrinin yüksək qalması və Çində ehtiyatların azalması fonunda iki dəfədən çox artıb (qızıldan daha çox). Gümüşlə təmin olunan birja fondlarına kapital axını və opsion ticarətinin aktivləşməsi də artımı gücləndirib.

İnvestorlar həmçinin ABŞ-ın gümüşə mümkün tarifləri ilə bağlı aydınlıq gözləyirlər: metalın kritik minerallar siyahısına salınmasından sonra ehtiyatların bir hissəsi ölkə daxilində saxlanılır və bu da Comex anbarlarındakı yüksək səviyyələri qoruyub saxlayır.