10:17 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. (özəl xəbər) 2024-cü ilin 9 ayı (yanvar-sentyabr) üzrə PAŞA Sığorta şirkətinin sığorta ödənişləri 103 milyon 261 min manat təşkil edib.
Şirkətin sığorta ödənişləri 2025-ci ilin eyni dövründə 102 milyon 969 min manat olub.
ABC.AZ-ın statistik rəqəmlərə istinadən apardığı hesablamalara görə, şirkətin ötən ilin 9 ayındakı ilə bu ilin yanvar-sentyabr aylarındakı ödənişlərində böyük fərq yaranıb.
Belə ki, sözügedən dövrlərdə şirkətin ödənişlərində 292 min AZN, faiz göstəricisi ilə isə 0,3% azalma qeydə alınıb.
2024-cü ilin 9 ayı ilə bu ilin yanvar-sentyabr aylarındakı dövrlərdə şirkətin ödənişlərində azlamalar baş versə də, yığımlarında artım müşahidə olunub.
Belə ki, şirkət müştərilərindən 2024-cü ilin 9 ayında 247.2 milyon manat yığım həyata keçirib.
2025-ci ilin yanvar–sentyabr aylarında isə şirkətin yığımları 272 milyon 931 min manat olub.
Rəqəmlərdən də aydın olur ki, şirkətin yığımlarında ötən illə bu ilin eyni dövrü arasında artım nəzərə çarpır. Yığımlar nə az, nə çox 9 ayda 25 731 000 manat artıb.
Göründüyü kimi, şirkət müştərilərdən yığımları artırdığı halda, onlara ödənişləri azaldıb.
Müəllif: Elmir Muradov
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026