"Bank of Baku"da problemli kreditlərin həcmi 55 faiz artıb - Özəl xəbər

10:36 - 11.12.2025


11 dekabr, Fineko/abc.az. (özəl xəbər) "Bank of Baku"nun vaxtı keçmiş (problemli kreditlər) kreditləri kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar–sentyabr (30.09.2024) dövrü üzrə "Bank of Baku"nun problemli kreditlərinin həcmi 28.9 mln. AZN (28 milyon 917 min manat) təşkil edib.

Cari ilin ilk 9 ayında media və maliyyə saytlarındakı məlumatlara görə bankın priblemli kreditləri 2025-ci ilin ortalarında (1 iyul 2025) 35 milyon 250 min manat təşkil edib.

ABC.AZ-ın statistik rəqəmlərə istinadən apardığı hesablamara görə, bu illik müqayisədə təxminən 55% artım deməkdir. Göründüyü kimi ölkənin əsas banklarından olan "Bank of Baku"da problemli kreditlərin həcmi çoxalıb.

Müəllif: Elmir Muradov