10:39 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Coinbase-in baş direktoru Brayan Armstronq bildirib ki, hazırkı qiymət dəyişkənliyinə və oktyabr ayındakı maksimumdan təxminən 30% ucuzlaşmaya baxmayaraq, bitkoinin dəyəri 2030-cu ilə qədər 1 milyon dollara çata bilər. O, vurğulayıb ki, investorlar qısamüddətli tərəddüdlərə fikir verməməlidir, çünki bitkoin son on ilin ən gəlirli aktivi olaraq qalır.
ABC.AZ xəbər verir ki, bu yaxında kriptovalyuta bazarında genişmiqyaslı satışlar olub: 1 dekabrda bitkoin 6% ucuzlaşaraq 84 min dollardan aşağı düşüb, daha sonra isə 90 min dollar səviyyəsinə qayıdıb. Noyabr son dörd ilin ən zəif ayı olub — kriptovalyuta 126 min dollardan yuxarı tarixi maksimumdan sonra 18 min dollar dəyər itirib.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026