10:51 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Türkiyədə turistlər tez-tez şikayət edirlər ki, 50 və 100 ABŞ dolları məbləğində köhnə nümunəli əskinasların qəbul edilmir.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Türkiye qəzeti məlumat yayıb.
“Mübadilə məntəqələrində və bankomatlarda şikayətlərin sayı artır. Bir çox ticarət obyektləri və maliyyə qurumları 50 dollarlıq, həmçinin bəzi köhnə 100 dollarlıq əskinasları qəbul etmir. Bu isə həm turistlər, həm də yerli sakinlər üçün ciddi çətinliklər yaradır”, - deyə məlumatda qeyd olunur.
Qəzetin məlumatına görə, sərtləşdirmə saxta dollarların sayının artması ilə bağlıdır. Buna görə də bir çox satıcılar ya belə əskinasları qəbul etmir, ya da onları bazar məzənnəsindən 2–3 lirə aşağı qiymətə dəyişirlər.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026