11:31 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. The Wall Street Journalın məlumatına görə, ABŞ Avropa ölkələrinə müharibədən sonrakı nizamlanma çərçivəsində Rusiyanın dünya iqtisadiyyatına reinteqrasiyasını və Rusiya enerji resurslarının Avropaya tədarükünün bərpasını nəzərdə tutan təkliflər paketi təqdim edib.
ABC.AZ xəbər verir ki, sənədlərdə ABŞ investisiyalarının Rusiyanın əsas sahələrinə (nadir torpaq metalları istehsalından tutmuş Arktikada neft hasilatına qədər) cəlb olunması planı təsvir olunur.
Vaşinqton, həmçinin, Ukraynada layihələrin həyata keçirilməsi üçün təxminən 200 mlrd dollarlıq dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi təklif edir. Vəsaitlər arasında enerji təchizatını Zaporojye AES-in təmin edəcəyi böyük data-mərkəzin tikintisi də var.
Bu arada Avropa Komissiyası 2026–2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsi üçün Avropada dondurulmuş Rusiya aktivlərinin 210 mlrd avro məbləğində müsadirə edilməsini nəzərdə tutan öz planını irəli sürür.
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026