11:48 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Pivə istehsalı ilə məşğul olan "Carlsberg Azerbaijan" şirkəti 2024-cü ildə 2023-lə müqayisədə satış həcmini 3 % artırıb.
ABC.AZ-ın internetdə yerləşdirilmiş statistik rəqəmlərə istinadən hesablamalarına görə, şirkət xalis gəlirini 6.6 % artırıb. İstehsala gəldikdə isə burada artım yox, azalma kəlməsini işlətmək lazım gəlir.
Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi pivə istehsalı 1,206.3 min dekalitr olub, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.1 % azalma deməkdir. Ölkədəki pivə istehsalındakı kiçilmə "Carlsberg Azerbaijan"ın istehsalındakı azalmada da özünü göstərib. Daha dəqiq desək, zavodda istehsal 2024‑cü ilin ilk 3 ayında (yanvar-mart) 659 400 dekalitr olub, 2025-ci ilin eyni dövründə isə bu rəqəm 537 460–575 850 dekalitr aralığında təşkil edib. Rəqəmlərdən də aydın görünür ki, şirkətin istehsalı xeyli azalıb.
Müəllif: Elmir Muradov
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
23 Yanvar 2026