On bir ayda benzin və dizel satışından əldə olunan gəlir açıqlanıb

14:52 - 11.12.2025


11 dekabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 3 milyard 521,3 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, 2024-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 7,7 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 6 faiz gəlir əldə edilib.