15:21 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Türkiyənin Anadolu Isuzu şirkəti Səmərqənd Avtomobil Zavodunun 75,2% dövlət payını 80 mln ABŞ dollarına alıb və müəssisənin inkişafına əlavə olaraq eyni məbləği yatıracaq.
ABC.AZ xəbər verir ki, zavodda böyük avtobuslar və elektrobuslar (12–18 m) üçün yığım xətti açılacaq, həmçinin Mərkəzi Asiya, Cənubi Qafqaz, Yaxın Şərq və Afrikada servis mərkəzləri şəbəkəsi qurulacaq. Zavodun mərhələli modernləşdirilməsi və istehsalın genişləndirilməsi isə ayrıca investisiya sazişi ilə nəzərdə tutulub.
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
13 Yanvar 2026