Şuşada 15,9 milyon manata yaşayış binaları tikiləcək

16:17 - 11.12.2025


11 dekabr, Fineko/abc.az. Şuşada yeni yaşayış binalarının tikintisinə start verilir – 15,9 milyon manatlıq layihə elan edildi.

ABC.AZ xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” şəhərin D-5 massivində inşa olunacaq yeni yaşayış binaları üçün satınalma müsabiqəsi elan edib.

Layihə çərçivəsində 1-ci mərhələdə 6 ədəd, 4 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri isə 15 970 776 manat təşkil edir.