09:22 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə günü keçirilən ticarətdə etalon markaların qiymətləri yüksəlir.
Brent markalı neftin fevral fyuçersləri ICE Futures birjasında saat 09:18-ə olan məlumata görə $0,47 (0,77%) artaraq bir barel üçün $61,75-a yüksəlib. Dekabrın 11-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,93 (1,49%) azalaraq bir barel üçün $61,28-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin saat 09:18-ə olan məlumata görə $0,49 (0,85%) artaraq bir barel üçün $58,09-a yüksəlib. Dekabrın 11-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,86 (1,47%) ucuzlaşaraq bir barel üçün $57,60-a düşüb.
Bu həftə Brent markalı neft 3,14%, WTI isə 3,31% ucuzlaşıb.
16 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026