Azərbaycan nefti ucuzaşıb

10:28 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,87 ABŞ dollar və ya 1,13 % azalaraq 64,36 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında - 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.