11:12 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.12.2025-ci il tarixində keçiriləcək.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012019207
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 30,000 ədəd
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
İstiqrazların buraxılış həcmi: 3,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi: 9%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 24 ay
Ticarətə buraxılma tarixi: 18.12.2025
Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026