11:26 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (AİB) özəl sektorun inkişafı sahəsində yeni regional texniki yardım təşəbbüsünü nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə AİB məlumat yayıb.
Özəl sektorun inkişafı: kapital bazarlarında islahatlar, resursların səmərəli bölgüsü və şirkətlərin inkişafı" adlanan təşəbbüs Əfqanıstan, Ermənistan, Azərbaycan, Banqladeş, Butan, Bruney-Darülsəlam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin, Papua–Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Solomon adaları, Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leşte, Türkmənistan, Tonqa, Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam da daxil olmaqla 40-dan çox ölkəni əhatə edir.
Təklif olunan texniki yardım AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılan 250 min ABŞ dolları hesabına maliyyələşdiriləcək.
Bu təşəbbüs kapital bazarlarında aparılan islahatların və qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinin şirkətlərin və ümumilikdə özəl sektorun inkişafına təsirinin öyrənilməsinə yönəlib.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026