Qazaxıstan Xəzər boru kəmərinə alternativ axtarır: neft quru yolu ilə Çinə gedəcək

12:10 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Qazaxıstan, Qara dəniz terminalında Xəzər Boru Kəməri Konsorsiumunun obyektlərinin zədələnməsindən sonra, ilin sonuna qədər Kaşaqan yatağından 50 min tonadək nefti quru marşrutu ilə Çinə göndərməyi qərara alıb.

ABC.AZ xəbər verir ki, həcm nisbətən kiçik olsa da, birbaşa quru tədarük strateji əhəmiyyətə malikdir, ixrac siyasətinin çevikliyini və marşrutların diversifikasiyasını nümayiş etdirir. Çindən əlavə, Astana alternativ marşrutları, o cümlədən Transxəzər marşrutu və Bakı–Tbilisi–Ceyhan boru kəmərini də nəzərdən keçirir.