14:21 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. Azərbaycan sığorta şirkətlərinin icbari avto-sığorta üzrə biznes əməliyyatlarının 2025-ci ilin ilk üç rübü ilə 2024-cü ilin eyni dövrünü müqayisə etdikdə, ümumi yığım 126 milyon manatdan 134,7 milyon manata yüksəlmişdir ki, bu da təxminən 6,9% artımdır.
ABC.AZ Mərkəzi Bankın göstəricələrinə istinadən xəbər verir ki, ödənişlər də eyni dövrdə 92,99 milyon manatdan 98,98 milyon manata qalxaraq 6,5% artıb.
Burada yığım sığorta şirkətlərinin icbari avto-sığorta üzrə topladığı sığorta haqlarını, ödənişlər isə həmin sığorta müqavilələri üzrə zərər hallarında ödədiyi kompensasiyaları göstərir. Yəni yığım şirkətin gəliri, ödənişlər isə müştərilərə xidmət xərcləridir.
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026