14:44 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. “Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalı azaldılıb.
ABC.AZ xəbər verir ki, “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 70 milyon manatını təsisçilərə geri qaytarmaqla ümumi kapitalını 950 milyon manatdan 880 milyon manata endirdiyini elan edib.
Xatırladaq ki, MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisiAzər Vəliyevdir.
“Azerbaijan Rigs” MMC neft‑qaz sənayesində müasir qazma qurğularına olan tələbatı ödəmək məqsədilə yaradılmış bir şirkətdir. Onun təsisçiləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Dövlət Neft Fondudur.
22 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
20 Yanvar 2026