Azərbaycan 1 ayda 6 tona yaxın qızıl alıb

15:33 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Azərbaycan qeyri-monetar qızıl idxalını 2025-ci ilin ilk on ayında 44 441 kiloqram və ya 4 milyard 515,06 milyon ABŞ dollarına çatdırıb. Təkcə oktyabr ayında ölkə əlavə 5 963 kq və 764,74 milyon dollarlıq qızıl idxal edib.

ABC.AZ xəbər verir ki, idxalın illik müqayisədə kəskin artımına baxmayaraq — ötən ilin eyni dövrünə nisbətən miqdar üzrə 161%, dəyər üzrə 205% yüksəlib.

2024-cü ilin aprelindən intensivləşən idxal axını avqustda sıfırlanmış, sentyabrda isə cüzi həcmdə yenidən başlamışdı.