Dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir

15:54 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir.

ABC.AZ xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara yeni maddələr əlavə olunur.

Sözügedən qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.

Qeyd edilib ki, həmin xidmətlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi ilə əlaqədardır.