11 ayda dəmir yolu ilə yük daşımaların həcmi 17 milyon tona yaxın olub

16:02 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 16 milyon 927,6 min ton təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 570,7 min ton və ya 9,3 % azdır.

Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 217,9 milyon ton olub. Yüklərin 7 %-i dəmir yolu ilə daşınıb.