16:15 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 217,9 milyon ton yük daşıyıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon ton və ya 2 % çoxdur.
Hesabat dövründə nəqliyyatçılar 1 milyard 974 milyon 4 min sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon 9 min sərnişin və ya 5,3 % çoxdur.
Bu ilin 11 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi isə 3,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80 % təşkil edib.
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
13 Yanvar 2026