16:25 - 12.12.2025
12 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 407,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub.
ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin 11 ayı ilə müqayisədə 13 % azdır.
Bu il dekabrın 1-nə 33,8 min ton hazır məhsul qalığı yaranıb.
Qeyd edək ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir.
2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026