Google Android-də fövqəladə hallar üçün birbaşa video paylaşma funksiyasını təqdim edib

17:24 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Google şirkəti Android Emergency Live Video funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə smartfon kameralarından videonu birbaşa fövqəladə hallar xidmətlərinin operatorları ilə paylaşmağa imkan verir.

ABC.AZ xəbər verir ki, videopotok qəza, tibbi problem və ya yanğın zamanı vəziyyəti daha sürətlə qiymətləndirməyə və lazım gəldikdə ilkin yardım təlimatları verməyə kömək edir. İstifadəçi videonun paylaşılmasını təsdiqləməlidir. Məlumatlar şifrələnir, yayım isə istənilən vaxt dayandırıla bilər. Funksiya Android 8+ cihazlarda ABŞ-da, həmçinin Almaniya və Meksikanın bəzi regionlarında istifadə olunur.