Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq

10:15 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Bu il Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə təxminən 1,5 milyon ton neftin nəqli planlaşdırılır ki, bu da ilkin planlara uyğundur.

ABC.AZ xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təsdiqlənmiş göstəricilərdən heç bir kənarlaşma yoxdur və nəzərdə tutulan həcm tam şəkildə təmin ediləcək.

“Gələn il üçün də analoji tədarük həcmi planlaşdırılır, eyni zamanda onun artırılması gözlənilir. Perspektivdə isə ‘KazMunayQaz’ və SOCAR arasında bu istiqamət üzrə əldə olunmuş razılaşma ildə 2,2 milyon tona qədər neftin nəqlini nəzərdə tutur”, – deyə o bildirib.