11:09 - 15.12.2025
15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 658,9 milyon manat investisiya yönəldilib.
ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 4 717,5 milyon manatı neft-qaz sektorunun, 11 941,4 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 2 107,2 milyon manatı (ümumi sərmayənin 12,6 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Bu ilin ilk 11 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 592,6 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 31,3 faiz çoxdur.
Əsas investor ölkələr arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, BƏƏ, Türkiyə, Rusiya, ABŞ və s. ölkələrdir.
17 Fevral 2026
17 Fevral 2026
17 Fevral 2026
17 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026