11:17 - 15.12.2025
15 dekabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayı (yanvar-sentyabr) Azərbaycan iqtisadiyyatı üçün əlverişli olub.
ABC.AZ xəbər verir ki, bunu tədiyə balansının açıqlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 3 milyard dollarlıq profisit formalaşıb.
"Bu da ümumi daxili məhsulun (ÜDM) 5,4 faizini təşkil edir" - deyə, o bildirib.
Müəllif: Elmir Muradov
16 Yanvar 2026
16 Yanvar 2026