Şəxsiyyət və sürücülük vəsiqələrinin verilmə qaydası yeniləndi

15:52 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. DİN bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.

ABC.AZ xəbər verir ki, təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər".