İtaliyanın şəhəri sakinlərə 30 min dollar ödəməyə hazırdır — Səbəb

16:36 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Toskana bölgəsində yerləşən Radikondoli adlı kiçik şəhər əhalinin azalmasının qarşısını almaq və boş qalan evləri canlandırmaq məqsədilə ora köçüb məskunlaşmağa razı olanlara maliyyə dəstəyi təklif edir.

ABC.AZ xəbər verir ki, proqram 2023-cü ildən fəaliyyət göstərir və mənzil alınması, istilik və nəqliyyat xərclərinə yardım nəzərdə tutur.

Hazırda təşəbbüs kirayəçiləri də əhatə edir: 2026-cı ilin əvvəlinədək köçən yeni sakinlərə ilk iki il ərzində kirayə haqqının 50 faizi kompensasiya olunacaq. 2025-ci ildə şəhər rəhbərliyi bu və digər sosial tədbirlər üçün 400 min avrodan çox vəsait ayırıb.