17:12 - 15.12.2025
15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 181,208 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 83,316 milyon dollar və ya 1,8 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan olan investisiyaların payı 3,8% təşkil edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Rusiya iqtisadiyyatına 38,923 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,563 milyon dollar və ya 42,3% çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,9% təşkil edib.
2024-cü ilin ilk 9 ayı ərzində Rusiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 97,892 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 27,360 milyon dollar təşkil etmişdi.
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026