10:39 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. “Tesla”nın direktorlar şurasının üzvləri şirkətin səhmləri şəklində aldıqları mükafatlar hesabına ümumilikdə 3 milyard dollardan çox gəlir əldə ediblər.
ABC.AZ xəbər verir ki, bu mükafatlar əsasən səhm alışı üzrə opsionlar formasında verilib.
“Equilar” şirkətinin məlumatlarına görə, “Tesla” rəhbərliyinin 2004-cü ildən bəri (şirkət 2003-cü ildə yaradılıb) nə qədər qazandığını hesablayıb.
Agentlik qeyd edir ki, direktorlar şurası üzvlərinin əldə etdiyi məbləğlər ABŞ-nin iri texnoloji korporasiyalarında rəhbərlərə ödənilən adi mükafatlardan xeyli yüksəkdir.
Belə ki, “Tesla”nın təsisçisi və baş icraçı direktoru İlon Maskın qardaşı Kimball Mask bu illər ərzində təxminən 1 milyard dollar qazanıb.
Direktorlar şurasının digər üzvləri Ayra Erenprayz və Robin Denholm müvafiq olaraq 869 milyon və 650 milyon dollar əldə ediblər.
“Reuters”in qeyd etdiyinə görə, opsionların böyük hissəsi 2020-ci ilə qədər verilib, çünki 2020-ci ildə şirkətin səhmdarları rəhbərliyi həddindən artıq yüksək mükafatlarda ittiham edərək məhkəməyə müraciət ediblər.
Eyni zamanda, 2018–2020-ci illərdə direktorlar şurasının bir üzvü orta hesabla nağd və səhm şəklində 12 milyon dollar alıb ki, bu da mükafatların həcminə görə ikinci yerdə qərarlaşan Alphabet korporasiyası ilə müqayisədə səkkiz dəfə çoxdur.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026