Nasdaq birjada ticarət saatlarını gündə 23 saata qədər uzatmağı planlaşdırır

11:20 - 16.12.2025


16 dekabr, Fineko/abc.az. ABŞ-ın ikinci ən iri birjası olan Nasdaq Inc. iş həftəsi ərzində öz ticarət platformalarında ticarət saatlarını gündə 23 saata qədər uzatmaq üçün tənzimləyici orqanlardan icazə almağa çalışır.

ABC.AZ xəbər verir ki, bazar ertəsi, təqdim olunan müraciətə əsasən, şirkət ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) Şərq vaxtı ilə axşam saat 21:00-dan səhər 04:00-dək əlavə ticarət sessiyasının keçirilməsinə icazə verilməsi üçün müraciət edib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu sessiya artıq mövcud olan ticarətqabağı, əsas ticarət və ticarətdən sonrakı saatlara əlavə olunacaq.