11:50 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 804 milyon 183,89 min kubmetr həcmində təbii qaz ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 117 milyon 484,65 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 3,05 % az, dəyəri isə 6,7 % çoxdur.
Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,69 % olub.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026