12:06 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 100 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə günəş elektrik stansiyalarında 572,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 10,1 % çoxdur.
Azərbaycanda yanvar-noyabr aylarında 24 milyard 603,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur. Bunun 23 milyard 783,1 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1 % çoxdur.
Bunun 2 milyard 665,9 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 2 % azalıb), 20 milyard 444,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (+0,9 %), 172,9 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisi (-5,4 %) istehsalının payına düşür.
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026