12:23 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 194 min 999 ton neft koksu ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft koksunun dəyəri 59 milyon 935,97 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,5 % və 3,8 dəfə çoxdur.
Ötən 11 ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,26 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.
16 Yanvar 2026
16 Yanvar 2026
15 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026