Azərbaycan 11 ayda 85 milyon 479,49 min dollarlıq metanol ixrac edib

14:07 - 16.12.2025


16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 85 milyon 479,49 min ABŞ dolları dəyərində 387 min 720,45 ton metanol (metil spirti) ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,9 %, həcmi isə 12,1 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 2,58 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,37 % təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.