15:02 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayında Azərbaycandan Mərkəzi Asiya ölkələrinə göndərilən fiziki şəxslərin pul baratlarının ümumi həcmi 11.4 mln dollar olub. 2024-cü ilin eyni dövründə bu göstərici 18.52 mln dollar idi. Beləliklə, regiona pul köçürmələr 7.12 mln dollar və ya 38.5% azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycandan Qazaxıstana göndərilən pul baratları 7.32 mln dollardan 5.09 mln dollara düşüb. Azalma 2.23 mln dollar, faiz ifadəsində isə 30.5% təşkil edib.
Özbəkistana göndərişlər 2024-cü ilin 9 ayında 3.88 mln dollar, 2025-ci ilin eyni dövründə isə 2.80 mln dollar olub. Bu, 1.08 mln dollar və ya 27.8% azalma deməkdir.
Qırğızıstana göndərilən pul baratları isə 2.34 mln dollardan 3.5 mln dollara yüksəlib. Beləliklə, bu istiqamətdə 1.16 mln dollar və ya 49.6% artım qeydə alınıb.
17 Fevral 2026
17 Fevral 2026
17 Fevral 2026
17 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026