Bu ölkədə dünyanın ən iri elektrik bərəsi sınaqdan keçirilib

16:50 - 16.12.2025


16 dekabr, Fineko/abc.az. Avstraliyanın Incat Tasmania şirkəti 130 metr uzunluğundakı yeni 096 saylı bərənin elektrik motorunu uğurla sınaqdan keçirib. Bu, dünyanın tam elektriklə işləyən ən iri bərəsi hesab olunur. Sınaqlar 14 dekabr 2025-ci il tarixində Hobartda aparılıb.

ABC.AZ xəbər verir ki, bərə 275 tondan çox çəkisi və 40 Mvt·saatdan artıq gücə malik batareya sistemi ilə təchiz olunub, bu da tam yük (2100 sərnişin və 220 avtomobil) ilə 90 dəqiqəlik gedişi enerji doldurmadan həyata keçirməyə imkan verir. Sistem 5016 litium-ion batareyadan və səkkiz elektrik su reaktivindən ibarətdir, sürətli doldurma isə yalnız 40 dəqiqə çəkir.

Gəmi sərnişinlərə bərələr arasında ən böyük ticarət zonası təqdim edir və ekoloji cəhətdən təmizliyi komfortla birləşdirir. 096 saylı korpus Cənubi Amerikada Buenos-Ayres — Koloniya-del-Sakramento marşrutunun bir hissəsi olacaq və nəqliyyat sektorunun karbon izini azaldacaq.