17:11 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 4 min 360,1 ton neft bitumu ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu həcmdə neft bitumunun dəyəri 1 milyon 137 min ABŞ dolları təşkil edib.
Bu, 2024-cü ilin 11 ayı ilə müqayisədə müvafiq olaraq 3,7 dəfə və 5,2 dəfə çoxdur.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026