09:32 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü ticarətdə ötən gün 2,7% düşdükdən sonra inamla yüksəlir.
Saat 09:29-a olan məlumata görə ICE Futures birjasında Brent neftinin fevral fyuçersləri $0,77 (1,31%) artaraq bir barel üçün $59,69-a yüksəlib. Dekabrın 16-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $1,64 (2,71%), bir barel üçün $58,92-a düşüb.
Saat 09:29-a olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri $0,79 (1,43%) artaraq bir barel üçün $55,92-a yüksəlib. Dekabrın 16-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $1,55 (2,73%) ucuzlaşaraq bir barel üçün $55,27-a düşüb.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026