Arpaçay kanalları 46 milyon manata yenidən qurulacaq

10:04 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. Arpaçay magistral kanallarının yenidənqurulmasına böyük vəsait ayrıldı.

ABC.AZ xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi “Arpaçay sağ sahil” və “Arpaçay sol sahil” magistral kanallarının yenidən qurulması ilə bağlı layihənin icrasını həyata keçirəcək şirkəti müəyyən edib.

Layihənin icrası “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Yenidənqurma işlərinin ümumi dəyəri 46 357 996 manat təşkil edir.