Səudiyyə Ərəbistanının bu şirkəti LUKOIL-in aktivlərini almaq istəyir

10:24 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Midad Energy şirkəti dəyəri təxminən 22 milyard dollar olan və dünya üzrə neft yataqlarını, neft emalı zavodlarını (NEZ) və yanacaqdoldurma məntəqələri şəbəkəsini əhatə edən LUKOIL-in xarici biznesinin alınması üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

ABC.AZ xəbər verir ki, şirkət sanksiyalar aradan qaldırılanadək vəsaitlərin eskrou hesablarında yerləşdirilməsi şərti ilə tam nağd ödənişli sövdələşmə təklif etməyə hazırdır. Aktivlərə Exxon Mobil, Chevron və Carlyle investisiya fondu da maraq göstərir. Satış LUKOIL-ə qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi ilə bağlıdır.