14:15 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 23.12.2025-ci il tarixində keçiriləcək.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı: BOKT "International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2040021027
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması:Kütləvi/Rəqabətli hərrac
İstiqrazların sayı: 10,000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1,000,000 manat
İllik gəlirlilik faizi: 18%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Ticarətə buraxılma tarixi: 23.12.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026