Bakıda QDİƏT ölkələrindən olan sahibkarların beynəlxalq biznes forumu keçiriləcək

12:08 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Bakıda Qara dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr olunmuş Beynəlxalq Biznes Forum keçiriləcək.

Azərbaycan Sahibkarlar  Konfederasiyasının (ASK) məlumatında deyilir ki,  biznes forum onun sədrliyi altında keçiriləcək. Konfederasiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Biznes Şurasının sədridir.

“Beynəlxalq Biznes Forum noyabrın 2-də Bakıda keçiriləcək. Forumda biznesmenlər, sahibkarlığın dəstəklənməsi üzrə müxtəlif təşkilatlar iştirak edəcək və Azərbaycanda real investisiya imkanları və həyata keçirilən investisiya layihələri ilə tanış olacaqlar. Görüşlər B2B formatında təşkil olunacaq”, - məlumatda belə deyilir.

Forum çərçivəsində kiçik və orta sahibkarlıq sahəsində əlavə dəyər zəncirlərinin yaradılması  mövzusu və QDİƏT-ə üzv olan ölkələrin iqtisadiyyatının qeyri-xammal sektorunda regional enerji layihələrinin rolu ilə bağlı 2 panel sessiya keçiriləcək. Biznes forumun yekununda  QDİƏT İş Şurasının iclası keçiriləcək.

 

Bütün xəbərlər