16:33 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Azərbaycanda heyvandarlıq sektorunda təminat zəncirinə təsir göstərən əsas problemlərdən biri otlaq və biçənək sahələrində yem ehtiyatlarının azalmasıdır.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, müxtəlif platformalarda otlaq sahələrinin azalması məsələsi qabardılıb.
"Problemin əsas səbəblərindən biri son illərdə müşahidə olunan yağıntı azlığıdır. Yağıntı miqdarının azalması mövcud sahələrdə yem bitkilərinin məhsuldarlığını aşağı salıb və heyvanlar üçün əlçatan yem həcminin daralmasına səbəb olub. Bu vəziyyət xüsusilə iribuynuzlu heyvandarlıq, süd və ət istehsalı sahəsində istehsal xərclərinin artmasına, təsərrüfatların rentabelliyinin azalmasına gətirib çıxarır", - deyə nazirlik rəsmisi qeyd edib. ©Report
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026